Əsas Səhifə > Dünya > ABŞ-ın vitse prezidenti İraq rəhbərliyi ilə görüşmədən ölkəni tərk edib

ABŞ-ın vitse prezidenti İraq rəhbərliyi ilə görüşmədən ölkəni tərk edib


25-11-2019, 11:15
ABŞ-ın vitse prezidenti İraq rəhbərliyi ilə görüşmədən ölkəni tərk edib
ABŞ-ın vitse prezidenti Mayk Pens də prezident Donald Tramp kimi İraq rəhbərliyi ilə görüşmədən bu ölkəni tərk edib.

SalamNews Sumariya Agentliyinə istinadla xəbər verir ki, ABŞ-ın vitse-prezidenti şənbə günü İraqa gəlib. O ölkənin əl-Ənbar əyalətində ABŞ-ın nəzarətində ola Eynul-Əsəd hərbi qərargahında ABŞ qüvvələrilə görüşüb. Ötən gün isə Ərbilə gedərək, Kürdüstan muxtariyyətinin rəhbərliyi ilə görüşlər keçirib.

Məlumata görə Mayk Pens İraqın baş naziri Adil Əbdül-Mehdiyə əl-Ənbar əyalətindəki ABŞ qərargahına gəlməyi və görüşün burada keçirilməsini istəyib. Lakin İraq baş naziri bu təklifi rədd edib.

Məlumata görə ABŞ tərəfi də Mayk-Pensin Bağdada gəlməməsinin səbəbini burada təhlükəsizliyin bərqərar olmamasıilə əlaqələndirib.

Sabiq İraq baş naziri Heydər əl-Abadinin ofisi bəyanat yayaraq ABŞ rəsmisinin bu addımını kəskin tənqid edib və bildirib ki, ölkənin paytaxtı Ərbil deyil, Bağdaddır.

Qeyd edək ki, Donald Tramp da ötən ilki İraq səfərində eyni addımı atmışdı.

Geri qayıt