Əsas Səhifə > Dünya > ABŞ Türkiyəni S-400 məsələsində qırmızı xətti keçməkdə ittiham edib
ABŞ Türkiyəni S-400 məsələsində qırmızı xətti keçməkdə ittiham edib26-11-2019, 11:35 |
ABŞ senatoru Kris van Hollen bildirib ki, Türkiyə S-400 hava hücumundan müdafiə sisteminin radarlarını sınaqdan keçirərək növbəti dəfə qırmızı xətti keçib. SalamNews RİA.News-yə istinadən xəbər verir ki, senator deyib ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Ağ Evə səfərindən iki həftə sonra sınaqlara başlayaraq, prezident Donald Trampa hörmətsizlik edib. O qeyd edib ki, bu cür hərəkətlərlə Ankara Trampı sanksiya tətbiq etməyə məcbur edir. ABŞ dəfələrlə Türkiyədən Rusiyanın S-400 hava hücumundan müdafiə sistemləri almasından imtina etməsini tələb edib. Geri qayıt |