Əsas Səhifə > Dünya > Fransa lideri Suriyadakı terrorçulara açıq şəkildə dəstək verir

Fransa lideri Suriyadakı terrorçulara açıq şəkildə dəstək verir


29-11-2019, 11:01
Fransa lideri Suriyadakı terrorçulara açıq şəkildə dəstək verir
"Barış Pınarı" əməliyyatı Suriyada terrorçular üçün kvazi dövlət yaratmaq planlarını məhv etdi. Fransa prezidenti Emanuel Makronun Türkiyəyə qarşı verdiyi son açıqlamalar bununla əlaqədardır. SalamNews-un "Anadolu"ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu Makronun PKK-YPG terrorçularının Suriya qanadına qarşı mübarizədə NATO-nun Ankara ilə həmrəyliyinin yolverilməzliyi barədə açıqlamasına münasibət bildirərkən deyib.

“Türkiyənin Suriyanın şimal-şərqində həyata keçirdiyi əməliyyat Suriya torpaqlarında “terrorçu dövlət ”yaratmaq planını məhv etdi və bu da müəyyən dairələri məyus etdi. Buna görə Parisdə demək olar ki, hər gün boş bəyanatlar səsləndirilir", nazir deyib.

Onun sözlərinə görə, Fransa lideri Suriyadakı terrorçulara açıq şəkildə dəstək verir:

“Türkiyə terrorçularla mübarizə aparır, o (Makron) isə himayədarlıq edir"

Geri qayıt