Əsas Səhifə > Dünya > ABŞ senatorları ölkə rəhbərliyini Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə çağırıb

ABŞ senatorları ölkə rəhbərliyini Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə çağırıb


3-12-2019, 09:00
ABŞ senatorları ölkə rəhbərliyini Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə çağırıb
Amerikalı senatorlar Lindsi Qrem (Cınubi Karolina ştatından respublikaçı) və Kris Van Hollen (Merilend ştatından demokrat) ABŞ administrasiyasını Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə çağırıblar.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, senatorlar bu barədə məktubu ABŞ dövlət katibi Maykl Pompeoya ünvanlayıblar.

Məktubda bildirilir: "Səbir etmə vaxtı çoxdan bitib. Qanunu işə salmaq vaxtı artıq gəlib. Əgər biz bunu etməzsək, bu başqa ölkələr üçün dəhşətli siqnal olacaq ki, onlar da hər hansı bir nəticəsiz ABŞ-ın qanunlarının icrasından yayına bilərlər".

Qeyd edək ki, Türkiyəyə qarşı sanksiyaların tətbiq olunması bu ölkənin Rusiyadan S-400 zenit-raket kompelikslərini alması ilə əlaqədar istənilir.

Geri qayıt