Əsas Səhifə > Dünya > Google Türkiyədəki xidmətlərini dayandırır
Google Türkiyədəki xidmətlərini dayandırır15-12-2019, 20:03 |
Dünyanın ən byöük rəqəmsal informasiya və poçt platforması olan ABŞ-ın Google şirkəti Türkiyədə fəaliyyətini dayandırmağa qərar verib. FED.az xəbər verir ki, bu barədə şirkətin Türkiyədəki partnyorlarına göndərdiyi məktubda bildirilir. Türkiyədə rəqabət haqqında qanunu pozduğuna görə, bu ölkənin antiinhisar orqanları tərəfindən cərimələnən şirkət Türkiyədəki xidmətləri üzrə lisenziyaları dayandıracaq. «Google» elan edib ki, dekabın 12-dən etibarən Türkiyədəki xidmətləri, o cümlədən Android əməliyyat sistemində işləyən smartfonlar üzrə lisenziyalarını yeniləməyini dayandıracaq. Türkiyə Rəqabət Qurumu "Google"a cəza kəsdiyi üçün "Google" da Türkiyədəki bütün Android cihazlarda Google xidmətlərini dayandırmaq qərarı вериб. Bu qalmaqalın səbəbi Türkiyənin antimonopol orqanının «Google» şirkətini sentyabrda 93 milyon lirə, yəni 15 milyon dollar cərimələməsidir. Türkiyə hökuməti şirkəti bazardakı üstün mövqeyindən istifadə edərək öz proqramlarını mobil tətbiqlər vasitəsilə satışında qanunları pozmaqda ittiham edib. İndiki addım da «Google»un həmin cəriməyə cavabıdır. Şirkət özünün Türkiyədəki partnyorlarına - telefon satıcılarına və mobil operatorlara ünvanladığı məktubda bildirib ki, əgər Türkiyə bu qərarından imtina etməsə, «Android» sistemindəki smartfonların bundan sonra sonra Türkiyəyə göndəriləcək növbəti versiyaları Google Play Store, Gmail və YouTube tətbiqlərindən məhrum olacaqlar. Bundan başqa, Google əməliyyat sisteminin yenilənməsini də dayandıracaq. Türkiyə tərəfi şirkəti bazardakı üstün mövqeyindən sui-istifadə etməkdə ittiham edib. Hökumətin qərarında «Google LLC», «Google International» və «Google Reklamcılık» şirkətlərinə 6 ay vaxt verilib ki, proqramlarında lazımi dəyişikliklər etsin, pozuntulara son qoysun və bazarda effektiv rəqabət mühiti bərpaolunsun. «Google» isə cavabında həmçinin öz partnyorlarından xahiş edib ki, Türkiyənin ticarət naziri Ruxsar Pekkana və antiinhisar orqanının rəhbərinə təzyiq göstərsinlər ki, onlar qərarlarını ləğv etsinlər. Geri qayıt |