Əsas Səhifə > Dünya > İran ABŞ qoşunlarının çıxarılmasında Suriyaya öz köməyini təklif edib

İran ABŞ qoşunlarının çıxarılmasında Suriyaya öz köməyini təklif edib


25-12-2019, 08:37
İran ABŞ qoşunlarının çıxarılmasında Suriyaya öz köməyini təklif edib
İran hökuməti, Suriya tərəfi belə bir müraciət edərsə, ölkədə qanunsuz yerləşdirilmiş ABŞ qoşunlarının çıxarılmasında rəsmi Dəməşqə kömək etməyə hazırdır.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri “RT Arabic” telekanalına müsahibəsində İranin Ali dini liderinin köməkçisi Əli Əkbər Vilayəti səsləndirib.

O bildirib ki, ABŞ Suriya neftini oğurlayır və prezident Donald Tramp Suriya xalqının iradəsinə qarşı çıxaraq onu qarət edir və “beynəlxalq oğru” kimi özünü göstərir.

“Ümid edirik ki, yaxın zamanlarda amerikalıların Suriya torpaqlarındakı bu qanunsuz nəzarəti başa çatacaq, suriyalılar isə bu nəzarətə cavab verərək buna son qoyacaqlar. Suriya hakimiyyəti xahiş edərsə, əlimizdən gələni əsirgəməyərək Amerika qoşunlarının Suriyadan çıxarılması üçün kömək etməyə hazırıq”, - Vilayəti belə deyib.

Geri qayıt