Əsas Səhifə > Dünya > Putinin �?avtoritet’ kimi məsuliyyətə cəlb edilməsi tələb olunur
Putinin �?avtoritet’ kimi məsuliyyətə cəlb edilməsi tələb olunur26-12-2019, 09:24 |
Yekaterinburqdan olan hüquqşünas və insan haqları müdafiəçisi Nikita Tomilov Rusiya Daxili İşlər Nazirliyini prezident Vladimir Putinə qarşı Cinayət Məcəlləsinin “cinayətkar ierarxiayada ən yüksək mövqe tutulmasına” dair yeni maddəsi ilə cinayət işinin açılmasına çağırıb. Tomilov bu barədə məlumatı MBX Media saytına verib. AzadlıqRadiosunun Rus xidməti yazır ki, hüquq müdafiəçisinin sözlərinə görə onun məqsədi Putinin cinayət məsuliyyətinə cəlb edilməsi deyil, beləki o prezidentin toxunulmazlığa malik olduğunu başa düşür. Vəkil deyib ki, onun üçün maraqlı olan DİN-in bu şikayətə necə münasibət göstərəcəyidir. Hüquqşünasın fikrincə Putin “nazirlərdən, xüsusi xidmətlərin başçılarından və başqa şəxslərdən ibarət cinayətkar sindikatın başçısıdır”. “Cinayətkar ierarxiyada ən yüksək mövqe tutulmasına” dair maddə Cinayət Məcəlləsinə 2019-cu ilin aprelində Vladimir Putinin öz təşəbbüsü ilə daxil edilib. Bu maddə təqsirli bilinən şəxsin 8 ildən 15 ilədək azadlıqdan məhrum edilməsini nəzərdə tutur. Özünün şikayət məktubunda Tomilov habelə Putinin prezident vəzifəsində dalbadal iki dəfədən çox olmasının qanuna uyğunluğu məsələsinin araşdırılmasına çağırıb. Nikita Tomilov bundan əvvəl Yekaterinburqdakı insan haqları regionlararası mərkəzində çalışıb. O Yekaterinburq şəhərinin teatr meydanında Müqəddəs Yelena məbədinin tikilməsinə etiraz edənlərin hüquqlarını müdafiə edib. Geri qayıt |