Əsas Səhifə > Dünya > Tramp "düşmənçilik" siyasəti qarşılığında İraqı sanksiyalarla hədələyib

Tramp "düşmənçilik" siyasəti qarşılığında İraqı sanksiyalarla hədələyib


6-01-2020, 09:17
Tramp "düşmənçilik" siyasəti qarşılığında İraqı sanksiyalarla hədələyib
ABŞ Prezidenti Donald Tramp Bağdad tərəfindən “düşmənçilik siyasəti” yürüdüləcəyi təqdirdə İraqı sanksiyalarla hədələyib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, o, İraq parlamentinin xarici qoşunların ölkədən çıxarılması ilə bağlı qəbul etdiyi qətnaməni şərh edərkən belə deyib.

“Əgər hər hansı düşmənçilik baş verərsə, onlar bizim qəbul edə bilməyəcəyimiz bir addım atarlarsa, biz İraqa qarşı sanksiya tətbiq edəcəyik, çox mühüm sanksiyalar”, - deyə Tramp belə bildirib.

Tramp, həmçinin əlavə edib ki, Bağdad Amerika aviabazasına görə Vaşinqtona ödəniş etmədiyi müddətəcən ABŞ qoşunları İraqı tərk etməyəcək.

Geri qayıt