Əsas Səhifə > Dünya > ABŞ generalı: Qoşunların İraqdan çıxarılması barədə məktub �?səhvən’ açıqlanıb

ABŞ generalı: Qoşunların İraqdan çıxarılması barədə məktub �?səhvən’ açıqlanıb


7-01-2020, 08:59
ABŞ generalı: Qoşunların İraqdan çıxarılması barədə məktub ?səhvən’ açıqlanıb
ABŞ-ın yüksək rütbəli komandanı deyib ki, Amerika qoşunlarının İraqdan çıxarılması barədə məktub “səhvən” dərc edilib və həqiqəti əks etdirmir.

CNN xəbər verir ki, ABŞ Silahlı Qüvvələri baş qərargah rəisləri komitəsinin sədri general Mark Milley bu bəyanatı ABŞ komandanlığının İraq hökumətinə ünvanladığı söylənən məktubun açıqlanmasından bir neçə dəqiqə sonra verib:

"Bu, məktubun qaralamasıdır. Səhvdir, imzalanmayıb və açıqlanmamalıydı. Təhrif olunub. Burada qoşunların çıxırlmasından söhbət gedir, amma həqiqətdə bu baş vermir”.

İraqlı deputatlar hökuməti xarici qoşunları ölkədən çıxarmağa çağırırlar

Yanvarın 5-də yayılan xəbərlərdə deyilirdi ki, İraq parlamenti, Bağdad hava limanı yaxınlığında İranlı general Qasem Soleimani'nin ölümü ilə nəticələnən raket hücumundan sonra xarici qüvvələrin ölkəni tərk etməsinə çağıran qətnamə qəbul edib.

Millət vəkilləri, həmçinin İraq hökumətinə müraciət ediblər ki, xarici qüvvələrin ölkənin quru, hava məkanı və ya sudan hər hansı bir səbəbdən istifadə etməsini qadağan edəcək bir tədbir görsün.

Qəbul olunan qətnamədə deyilir ki, hökumət "İraqda hərbi əməliyyatlara son qoyulması və qələbə qazanılması ilə əlaqədar beynəlxalq koalisiyadan [İslam Dövləti ekstremist qruplaşması] kömək istəməsini ləğv etməyə qərar verir".

Parlamentin qərarları hökumət üçün məcburi deyil, lakin baş nazir Adil Abdul-Mahdi bundan əvvəl parlamenti təcili tədbirlər görməyə və xarici qoşunların mövcudluğunu ən qısa müddətdə dayandırmağa çağırmışdı.

Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava limanı yaxınlığında raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qassem Soleimani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Abu Mahdi al-Muhandis öldürülüb. İranın Ali lideri general Qassem Soleimani-nin ölümü ilə əlaqədar ölkədə 3 günlük matəm elan edib.
Raket zərbələrini ABŞ-ın gerçəkləşdiyi bildirilir. ABŞ İran İnqilab Korpusunu Xarici Terrorçu Təşkilat hesab edir.

Geri qayıt