Əsas Səhifə > Dünya > ABŞ ölkənin aviaşirkətlərinə İran və İraq üzərindən uçuşları qadağan edib

ABŞ ölkənin aviaşirkətlərinə İran və İraq üzərindən uçuşları qadağan edib


8-01-2020, 08:20
ABŞ ölkənin aviaşirkətlərinə İran və İraq üzərindən uçuşları qadağan edib
ABŞ-ın aviaşirkətlərinə İran, İraq, Fars körfəzi və Oman körfəzi üzərindən uçuşlar etmək qadağan edilib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Mülki Aviasiya Federal İdarəsinin (FAA) məlumatında deyilir.

Bildirilir ki, qadağa "hesablamada mümkün səhvlərə və yanlış identifikasiyaya səbəb olacaq Yaxın Şərqdə hərbi aktivliyin və siyasi gərginliyin artması" ilə əlaqədardır.

Qeyd edilir ki, qadağa ABŞ-ın bütün aviaşirkətlərinə, FAA tərəfindən təsdiqlənmiş bütün şəxslərə və ABŞ-da qeydiyyatda olan bütün təyyarə operatorlarına şamil olunur. Fövqəladə vəziyyət yaranarsa pilotların qadağadan yayınmasına icazə verilir.

Geri qayıt