Əsas Səhifə > Dünya, Güney Press > Ukrayna təyyarəsinin qəzaya uğraması ilə bağlı ilkin hesabat açıqlanıb
Ukrayna təyyarəsinin qəzaya uğraması ilə bağlı ilkin hesabat açıqlanıb9-01-2020, 11:10 |
Yanvarın 8-də Tehran yaxınlığında qəzaya uğrayan "Boeing 737" tipli sərnişin təyyarəsinin qəzadan öncə hava limanına dönməyə cəhd etdiyi və kömək üçün radio çağırış etmədiyi açıqlanıb. APA-nın “Associated Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə İranın Mülki Aviasiya İdarəsinin Ukrayna təyyarəsinin qəzaya uğraması ilə bağlı ilkin hesabatında bildirilib. Təyyarənin qəzaya uğramazdan əvvəl alovlanmağa başladığı bildirilib. Qeyd olunub ki, təyyarənin yerə çırpıldığı zaman böyük partlayışa səbəb olması onun yanacaqla tam dolu olması ilə bağlıdır. Tədqiqatçılar təyyarənin "qara qutular"ının hər ikisinin bərpa edildiyini, lakin qutulardakı bəzi məlumatların itdiyini də bildiriblər. Ukrayna Prezidenti Vladimir Zelenski isə təyyarə qəzası ilə bağlı manipulyasiya, fərziyyə, sui-qəsd nəzəriyyələri, tələsik qiymətləndirmələr və təsdiqlənməmiş versiyalardan çəkinməyə çağırıb. Xatırladaq ki, göyərtəsində 176 nəfər olan Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi yanvarın 8-də Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğrayıb. Qəza nəticəsində sağ qalan olmayıb. Geri qayıt |