Əsas Səhifə > Dünya > İran ABŞ-ın danışıqlara başlamaq təklifini rədd edib

İran ABŞ-ın danışıqlara başlamaq təklifini rədd edib


9-01-2020, 12:29
İran ABŞ-ın danışıqlara başlamaq təklifini rədd edib
İranın BMT yanında daimi nümayəndəsi Məcid Təxt-Rəvançı ABŞ-ın danışıqlara başlamaq və əməkdaşlıq barədə təklifini rədd edib.

APA-nın İRNA-ya istinadən verdiyi məlumatı görə, o bildirib ki, ABŞ-ın əməkdaşlıq təklifini qəbul etmək mümkün deyil, çünki Vaşinqton İrana qarşı sanksiyalar tətbiq edir.

Rəvançı ABŞ-ın əməkdaşlıq təklifini ağlasığmaz adlandırıb, bildirib ki, ABŞ düşmənçiliyi davam etdirdiyi müddətdə danışıqların heç bir mənası yoxdur.

O, həmçinin əlavə edib ki, ABŞ-ın presedentsiz sanksiyaları beynəlxalq hüquq normaları ilə ziddiyyət təşkil edir.

Qeyd edək ki, ABŞ-ın BMT yanında daimi nümayəndəsi, xanım Kelli Kraft qurumun Təhlükəsizlik Şurasına məktub göndərərək, regionda gərginliyin aradan qaldırılması üçün ölkəsinin İranla heç bir ön şərtsiz danışıqlara başlamağa hazır olduğunu bildirib.

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ-a məxsus pilotsuz uçuş aparatından endirilən zərbələr nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı “Qüds” Qüvvələrinin komandanı general Qasım Süleymani və İraqın şiə könüllülərdən ibarət “Həşdi-Şaabi” qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis də daxil olmaqla, 10 nəfər öldürülüb.

İran buna cavab olaraq ABŞ-ın İraqdakı iki hərbi bazasına raket zərbələri endirib. ABŞ tərəfi itki verməyib.

Geri qayıt