Əsas Səhifə > Dünya > ABŞ İrana qarşı sanksiyaları ləğv etməyəcək
ABŞ İrana qarşı sanksiyaları ləğv etməyəcək13-01-2020, 08:39 |
ABŞ prezidenti Donald Tramp danışıqlar başlamazdan əvvəl İrana qarşı sanksiyaları ləğv etməyəcək. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert O'Brayen deyib. R.O'Brayenin sözlərin görə, D.Trampın administrasiyası "heç bir vəziyyətdə bunun baş verməyəcəyini" açıq şəkildə bildirib: "Bizimlə danışıqlar aparmaq istəsəniz, sadəcə danışıqlar imtiyazı üçün əvvəlcə bir şeydən imtina etməlisiniz". ABŞ prezidentinin müşaviri qeyd edib ki, bizə danışıqlar lazım deyil: "Bizim iqtisadiyyatımız fantastikdir... Məhz iranlılara bizimlə danışıqlar lazımdır. Niyə biz birinci nədənsə imtina etməliyik?". Geri qayıt |