Əsas Səhifə > Dünya > ABŞ Venesuela hakimiyyətini yenidən Hizbullahla əlaqədə olmaqda ittiham edir

ABŞ Venesuela hakimiyyətini yenidən Hizbullahla əlaqədə olmaqda ittiham edir


17-01-2020, 08:44
ABŞ Venesuela hakimiyyətini yenidən Hizbullahla əlaqədə olmaqda ittiham edir
“ABŞ yenidən Venesuela hakimiyyətini Livan şiə Hizbullah partiyası ilə əlaqədə olmaqda, həmçinin Kolumbiyanın solçu üsyançı qruplarına, Milli Azadlıq Ordusuna və Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinə dəstək verməkdə ittiham edib”.

APA TASS-a istinadən xəbər verir ki, bu açıqlama cümə axşamı ABŞ Dövlət Departamentinin yüksək rütbəli nümayəndəsi tərəfindən jurnalistlərlə keçirilən telefon brifinqində verilib.

Maduronun bu addımından çox narahat olduqlarını dilə gətirən diplomat bildirib ki, bu, sadəcə qəbuledilməzdir.

Amerikalı diplomatın sözlərinə görə, ABŞ-ın dövlət katibi Pompeo yanvarın 20-də Boqotada keçiriləcək terrorla mübarizəyə həsr edilmiş konfransında bu məsələni müzakirə etmək niyyətindədir.

Geri qayıt