Əsas Səhifə > Dünya > BMT koronavirusu qlobal təhlükə elan edib
BMT koronavirusu qlobal təhlükə elan edib31-01-2020, 05:30 |
BMT-nin Ümumdünya Səhiyyə Təşkilatının Fövqəladə Komitəsi Çindən gələn yeni koronavirusun qlobal təhlükə yaratması barədə qərar qəbul etmək üçün Cenevrədə toplaşıb. APA-nın məlumatına görə, bu, koronavirusla bağlı təşkilatın bir həftədə keçirdiyi üçüncü iclasıdır. Komitə iclasda koronavirusu qlobal təhlükə elan edib. Qeyd edək ki, koronavirusun ilk dəfə ötən ilin dekabr ayında Çinin Uhan şəhərində aşkarlanıb. ABŞ, Sinqapur, Cənubi Koreya, Tailand, Avstraliya, Nepal, Fransa və Almaniyanı əhatə edən virus azı 20 ölkəyə yayılıb. Virus artıq Çində 171 nəfərin ölümünə səbəb olub, habelə 8 mindən çox insan bu xəstəliyə yoluxub. Geri qayıt |