Əsas Səhifə > Dünya > Ərdoğan: “Suriyada əməliyyatları davam etdirəcəyik”
Ərdoğan: “Suriyada əməliyyatları davam etdirəcəyik”3-02-2020, 11:25 |
“Türkiyə ordusunun endirdiyi zərbələr nəticəsində İdlibdə qarşı tərəfdən 30-35 silahlı məhv edilib”. “Report” “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfərindən öncə keçirdiyi mətbuat konfransında bildirib. R.T.Ərdoğan F-16 qırıcılarının Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən təyin edilən hədəfləri atəş altında saxladığını da vurğulayıb. Türkiyə prezidenti həmçinin Rusiya tərəfinə müraciət edib: “Özəlliklə Rusiya səlahiyyətli nümayəndələrinə səslənirəm: opponentimiz siz deyilsiniz, rejimdir, bizim qarşımızı kəsməyin. Burada biz şəhid verərkən bunlara qarşı səssiz qalmamız mümkün deyil. Bunun qisasını almağa davam edəcəyik”. “Saat 06:15-ə olan məlumata görə rejimin 46 hədəfi atəşə tutulub”, – R.T.Ərdoğan əlavə edib. Xatırladaq ki, Suriyanın İdlib bölgəsində Bəşşər Əsədə sadiq qüvvələr və Türkiyə ordusu arasında baş verən döyüşlərdə 4 Türkiyə əsgəri şəhid olub, 9 əsgər isə yaralanıb. Geri qayıt |