Əsas Səhifə > Dünya > Senat impiçment prosesində Trampa bəraət qazandırdı
Senat impiçment prosesində Trampa bəraət qazandırdı6-02-2020, 02:23 |
Respublikaçıların əksəriyyət təşkil etdiyi ABŞ Senatı prezidentin impiçmenti üzrə prosesdə Donald Trampa hər iki maddə üzrə bəraət qazandırıb. “Report”un xarici mətbuata istinadən məlumatına görə, Ağ Evin başçısı ittiham edilməyəcək və hakimiyyətdən kənarlaşdırılmayacaq. Senatorlar Trampı səlahiyyətlərin aşılması və Konqresə mane olma ittihamları üzrə günahsız hesab ediblər. Bununla da ABŞ prezidentinin impiçment prosesi başa çatıb. ***01:43 ABŞ Konqresinin Senatı prezidentin impiçmenti proseduru çərçivəsində ittihamın birinci maddəsi üzrə Donald Trampa bəraət qazandırıb. “Report” xarici mətbuata istinadən xəbər verir ki, iclasın yayımı yuxarı palatanın saytında aparılıb. Dövlət başçısının hakimiyyət tərəfindən sui-istifadədə təqsirkar tanınması üçün senatorlara səslərin (67 mandat) ən azı üçdə ikisini yığmaq tələb olunub. Ancaq bu, yuxarı palatada məhkəmə prosesinin nəticəsinə görə səsvermənin gedişatında baş tutmayıb. Geri qayıt |