Əsas Səhifə > Dünya > Lavrov Maduro ilə görüşmək üçün Venesuelaya gedib

Lavrov Maduro ilə görüşmək üçün Venesuelaya gedib


7-02-2020, 09:25
Lavrov Maduro ilə görüşmək üçün Venesuelaya gedib
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Venesuelada səfərdədir.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, S.Lavrovu paytaxt Karakasda venesuelalı həmkarı Xorxe Arreasa qarşılayıb.

Bu gün onların işçi görüşü baş tutacaq. Rusiyalı nazir həmçinin prezident Nikolas Maduro ilə də görüşəcək.

Xatırladaq ki, Rusiyanın XİN rəhbəri Sergey Lavrov sonuncu dəfə 2011-ci ildə Venesuelaya səfər edib. Həmin dövrdə ölkənin prezidenti Uqo Çaves idi.

Geri qayıt