Əsas Səhifə > Dünya > Trampın Rusiya qorxusu: Büdcədən 3,2 milyard istədi
Trampın Rusiya qorxusu: Büdcədən 3,2 milyard istədi11-02-2020, 08:47 |
Ağ Ev 2021-ci maliyyə ilində hipersonik silahların hazırlanması ilə bağlı büdcədən 3,2 milyard dolların ayrılmasını təklif edib. Axar.az xəbər verir ki, bu barədə Konqresin büdcə layihəsində deyilir. Bildirilir ki, təklifin qüvvəyə minməsi ehtimalı olduqca azdır. Qeyd edilir ki, 2021-ci ildə maliyyələşdirmə cari ildən 459 milyard dollar artıq olacaq. Bəzi mənbələr Trampın sözügedən sahəyə maliyyə ayrılması istəyini Rusiyanın hərbi təhlükəsi ilə əlaqələndirirlər. Geri qayıt |