Əsas Səhifə > Dünya > Türkiyə İdlibdə daha 55 Suriya hərbçisini zərərsizləşdirib
Türkiyə İdlibdə daha 55 Suriya hərbçisini zərərsizləşdirib13-02-2020, 08:11 |
İdlibdə Suriya ordusunun 55 hərbçisi zərərsizləşdirilib. Trend-in məlumatına görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi bildirib. Nazirlikdən bildirilib: "Müxtəlif mənbələrdən alınan son məlumata görə, bu gün İdlib bölgəsində Suriya rejiminin 55 ünsürü zərərsizləşdirilib". Daha əvvəl Ankara 101 Suriya hərbçisinin zərərsizləşdirildiyini bildirib. Xatırladaq ki, fevralın 3-də Suriya ordusunun İdlibdə açdığı atəş nəticəsində 8 türk əsgəri və mülki şəxs həlak olub. Geri qayıt |