Əsas Səhifə > Dünya > Lavrov: “Rusiya və Türkiyə hərbçiləri İdlibdə daim təmasdadırlar”

Lavrov: “Rusiya və Türkiyə hərbçiləri İdlibdə daim təmasdadırlar”


17-02-2020, 15:51
Lavrov: “Rusiya və Türkiyə hərbçiləri İdlibdə daim təmasdadırlar”
“Rusiya və Türkiyə hərbçiləri Suriyanın İdlib vilayətində daim təmasdadırlar. Onlar arasında tam qarşılıqlı anlaşma var”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Münhen Təhlükəsizlik Konfransının yekunları ilə bağı jurnalistlərə açıqlamasında deyib.

Rusiya XİN başçısı bu gün Moskvada Rusiya və Türkiyə nümayəndə heyətlərinin görüşünün növbəti raundunun keçiriləcəyini də xatırladıb.

“Bütün faktlar masanın üzərindədir. Ümid edirəm ki, onlar İdlibdəki vəziyyətin deeskalasiyasına kömək edəcək. Rusiya və Türkiyə prezidentləri arasında əldə olunan razılıqlara əsaslanan ideyaları təqdim edə biləcəklər”, - deyə S. Lavrov vurğulayıb.

Geri qayıt