Əsas Səhifə > Dünya > Şiə qruplaşmasının lideri �?qlobal terrorçu’ elan olundu
Şiə qruplaşmasının lideri �?qlobal terrorçu’ elan olundu27-02-2020, 09:58 |
Birləşmiş Ştatlar İraqda İranın dəstəklədiyi Kataib Hizbullah (KH) silahlı qruplaşmasının liderini terrorçu elan edib. Buna İraqda ABŞ və digər əcnəbi əsgərlərin yerləşdiyi bazaların raket hücumlarına tutulması səbəb olub. Dövlət Departamentinin rəsmisi fevralın 26-da bildirib ki, ABŞ həmin qruplaşmanın silahlı fraksiyasının başçısı Ahmad al-Hamidawi-ni “xüsusi kateqoriyalı qlobal terrorçu” elan edib. Onun ABŞ-da hər hansı aktivləri dondurulacaq, onunla hər hansı tranzaksiya cinayət sayılacaq. KH qruplaşması 2009-cu ildə terrorçu qrup elan olunub. “Bu terrorçu qrupa təzyiqi gücləndiririk”, – Dövlət Departamentinin əksterror üzrə başçısı Nathan Sales deyib. Birləşmiş Ştatlar İraqda qüvvələrinin yerləşdiyi bazaların, eləcə də Bağdaddakı səfirliyi ətrafının raket atəşinə tutulmasına görə KH daxil şiə qruplaşmalarını ittiham edirdi. Yanvarın 3-də İraqda İranın general mayoru Qasem Soleimani ABŞ tərəfindən öldürüləndən sonra İraqda Birləşmiş Ştatlar və koalisiya qüvvələrinə hücumlar daha da artdı. İran bu hücumlardan bəzilərinə görə məsuliyyəti üzərinə götürüb, Soleimani-nin qətlinə görə qisas aldığını bildirib. Geri qayıt |