Əsas Səhifə > Dünya > Tramp ilkin seçkilər üzrə 9 ştatda liderdir
Tramp ilkin seçkilər üzrə 9 ştatda liderdir4-03-2020, 09:54 |
ABŞ-ın hazırkı Prezidenti Donald Tramp Respublikaçılar Partiyasının namizədi kimi 9 ştatda keçirilən ilkin seçimlərin (praymeriz) qalibi olub. “Report” TASS-a istinadənə xəbər verir ki, D.Trampın ilkin seçimləri qazandığı ştatlar Alabama, Arkanzas, Vermont, Kolorado, Massaçusets, Oklahoma, Şimali Karolina, Tennessi və Texasdır. Bundan sonra D.Tramp “Twitter”də təşəkkür sözləri yazıb. O, həmçinin rəqibi Maykl Blumberqə də post həsr edərək onu bu çərşənbə axşamının ən böyük uğursuzu adlandırıb. “Onun “siyasi” məsləhətçiləri onu batırdı. Təxminən 700 milyon ABŞ dolları yer üzündən silindi. Məhz buna görə o, “Mini Mayk” təxəllüsü aldı və nüfuzunu tamamilə məhv etdi”, - D.Tramp yazıb. ***05:57 ABŞ prezidentliyinə namizəd Donald Tramp Respublikaçılar Partiyasının namizədi kimi yeddi ştatda qələbə qazanıb. “Report” xəbər verir ki, Massaçusets, Tennesi, Oklohama və Alabama ştatlarında keçirilən partiyadaxili praymerizdə Tramp lider olub. "Associated Press" bildirib ki, Tramp həmçinin Şimali Karolina, Vermont və Arkanzas praymerizinin də qalibidir. Amerika lideri özünün "Twitter" hesabından ştatların sakinlərinə təşəkkür edib. Qeyd edək ki, D. Trampın cəmi iki rəqibi var - Massaçusets ştatın keçmiş qubernatoru Bill Veld və iş adamı Rokki de la Fuente. Respublikaçılar Partiyası isə Trampın ikinci müddətə namizədliyini dəstəkləyirlər. Geri qayıt |