Əsas Səhifə > Dünya > Rusiya ABŞ-ın dövlət istiqrazlarına 10,51 milyard ABŞ dolları investisiya qoyub

Rusiya ABŞ-ın dövlət istiqrazlarına 10,51 milyard ABŞ dolları investisiya qoyub


17-03-2020, 08:49
Rusiya ABŞ-ın dövlət istiqrazlarına 10,51 milyard ABŞ dolları investisiya qoyub
2020-ci ilin yanvar ayında Rusiya ABŞ dövlət istiqrazlarına investisiyaları artırıb.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, müvafiq ayın sonuna sözügedən göstərici 10,51 milyard ABŞ dolları təşkil edib.

İnvestisiyaların 3,8 milyard ABŞ dolları uzunmüddətli, 6,7 milyard ABŞ dolları isə qısamüddətli istiqrazlara qoyulub.

Ümumilikdə isə, 2018-ci ilin yazından Rusiya ABŞ-ın dövlət istiqrazlarına investisiyaları əhəmiyyətli dərəcədə azaldıb.

Belə ki, 2018-ci ilin aprel ayında bu rəqəm 96 milyarddan 48,7 milyard ABŞ dollarına qədər düşüb. May ayında isə bu rəqəm 14,9 milyard ABŞ dolları təşkil edib.

Geri qayıt