Əsas Səhifə > Dünya > ABŞ-ın iki konqresmeni koronavirusa yoluxdu

ABŞ-ın iki konqresmeni koronavirusa yoluxdu


19-03-2020, 09:11
ABŞ-ın iki konqresmeni koronavirusa yoluxdu
ABŞ Konqresinin üzvü, Yuta ştatından olan demokrat Bencamin Makadams da koronavirusa yoluxub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Konqres üzvünün yaydığı açıqlamada bildirilir.

“Vaşinqtondan Kolumbiya dairəsinə qayıtdıqdan sonra məndə soyuqdəymənin əlamətləri müşahidə edildi”, - deyə o bildirib və əlavə edib ki, xəstəlik sonra güclənib.

"Çərşənbə axşamı həkimim mənə COVID-19 testindən keçməyi təklif etdi və bundan sonra yerli klinikaya getdim. Bu gün bildim ki, testin nəticələri müsbətdir", - Makadams vurğulayıb.

Daha əvvəl ABŞ konqresmeni Mario Dias-Balart (Florida ştatından respublikaçı) ölkənin qanunverici orqanının koronavirusun aşkarlandığı ilk üzvü olub.

***04:23

ABŞ konqresmeni Mario Dias-Balart (Florida ştatından respublikaçı) ölkənin qanunverici orqanının koronavirusun aşkarlandığı ilk üzvü olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə mətbuat xidmətinin bəyanatında deyilir.

"(Ötən həftə) şənbə günü axşam konqresmen Dias-Balartda qızdırma və baş ağrısı əlamətləri meydana gəlib. Bir müddət əvvəl ona COVİD-19 xəbərdarlığı edilib", - sənəddə qeyd edilir.

"Mən özümü çox yaxşı hiss edirəm", - deyə Dias-Balart özünün “Twitter”dəki səhifəsində yazıb. O, hamını ehtiyat tədbirlərinə riayət etməyə çağırıb.

Federal hakimiyyətin və ştatlar hakimiyyətinin məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universitetinin məlumatına görə, ABŞ-da koronavirusa yoluxma hallarının sayı 7,7 min nəfəri ötüb, ölkədə ən azı 118 insan COVİD-19 infeksiyasından ölüb.

Geri qayıt