Əsas Səhifə > Dünya > İranda Novruz bayramı ilə bağlı 10 min məhbus əfv ediləcək

İranda Novruz bayramı ilə bağlı 10 min məhbus əfv ediləcək


19-03-2020, 09:23
İranda Novruz bayramı ilə bağlı 10 min məhbus əfv ediləcək
İranda Novruz bayramı ilə bağlı imzalanan əfv sərəncanıma görə 10 min məhbus azad ediləcək.

SalamNews İranın dövlət telekanalına istinadla xəbər verir ki, bunu ölkənin Məhkəmə Hakimiyyətinin mətbuat katibi Qulam-Hüseyn İsmaili deyib.

İran rəsmisi açıqlayıb ki, bu ilin Novruz bayramı ilə bağlı əfv edilənlərin sayı 10 min civarındadır. Onlardan yarısı təhlükəsizlik məsələlərilə bağlı həbs edilənlərdir.

Qeyd edək ki, İranın Məhkəmə Hakimiyyətinin sədri İbrahim Rəisi Novruz bayramı ərəfəsində ümumi əfvlə bağlı İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xameneiyə məktub ünvanlayıb.

Ayətullah Xamenei İranın Məhkəmə Hakimiyyətinin sədrinin məktubuna müsbət cavab verib.

Məktubda bir sıra ittihamlarla bağlı istisnalar qeyd edilib. Məlumata görə hətta milli təhlükəsizlik məsələlərilə bağlı 5 ildən az müddətə həbs edilənlər də əfvə və cəza müddətlərinin azalması qərarına şamil edilə bilərlər.

İranın Məhkəmə Hakimiyyəti sədrinin məktubunda həbsxanalarda məhbusların azaldılması ifadəsi də öz əksini tapıb.

Qeyd edək ki, İran son günlərdə koronavirusla bağlı 85 min məhbusu müvəqqəti azad edib. Onlardan bir qismi siyasi və milli təhlükəsizlik məsələlərilə bağlı həbs edilən şəxslər olublar.

Geri qayıt