Əsas Səhifə > Dünya > Tramp Milli Qvardiyanın 3 ştatda koronavirusla mübarizəyə cəlb edildiyini bildirib
Tramp Milli Qvardiyanın 3 ştatda koronavirusla mübarizəyə cəlb edildiyini bildirib23-03-2020, 09:22 |
ABŞ-da Nyu-York, Kaliforniya və Vaşinqton ştatlarında yeni növ koronavirusla (COVİD-19) mübarizəyə Milli Qvardiyanın cəlb edilməsi haqqında sənədlər imzalanıb. Trend-in "TASS"a istiandən verdiyi məlumata görə, bunu ölkə prezidenti Donald Tramp Ağ Evdə brifinq zamanı deyib. D.Tramp bildirib: "Nyu-York, Kaliforniya və Vaşinqton ştatları əmindirlər ki, Milli Qvardiya qüvvələri bu böhranla mübarizəyə effektiv yardım edəcəklər. İmzalamalı olduğumuzu imzaladıq, bu, qüvvəyə mindi. Digər ştatlarla da işləyirik . Hakimiyyət ABŞ-ın Fövqəladə Vəziyyətlər üzrə Federal Agentliyi vasitəsilə xərclərin 100 faizini ödəyəcək". Geri qayıt |