Əsas Səhifə > Dünya > İtaliyada koronavirusdan gün ərzində 600-dən çox insan ölüb
İtaliyada koronavirusdan gün ərzində 600-dən çox insan ölüb24-03-2020, 10:19 |
İtaliyada koronavirusdan ölənlərin sayı ardıcıl olaraq ikinci gündür azalıb. Son gündə ölənlərin sayı 602 nəfərdir, gün ərzində yoluxanların sayında da azalma müşahidə edilir. SalamNews "RİA Novosti"yə istinadən xəbər verir ki, bu sözləri İtaliyanın mülki müdafiə xidmətinin rəhbəri Anjelo Borrelli deyib. İtaliyada koronavirus qurbanlarının sayı 5,4 mini ötüb. "Sağalanların sayı 408 nəfər artıb, ümumi sayı 7 423 nəfərdir", Borrelli brifinqində bildirib. Geri qayıt |