Əsas Səhifə > Dünya > Tramp "Amerikanın Səsi" radiostansiyasının hadisələri işıqlandırmasını biabırçılıq adlandırıb

Tramp "Amerikanın Səsi" radiostansiyasının hadisələri işıqlandırmasını biabırçılıq adlandırıb


16-04-2020, 08:43
Tramp "Amerikanın Səsi" radiostansiyasının hadisələri işıqlandırmasını biabırçılıq adlandırıb
ABŞ prezidenti Donald Tramp bir daha "Amerikanın Səsi" radiostaniyasını tənqid edib və radiostansiyanın işini biabırçılıq adlandırıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə D.Tramp Ağ Evdə keçirilən brifinq zamanı deyib.

ABŞ prezidenti bildirib: "Onlar bizim ölkəmiz barədə çirkin şeylər söyləyirlər".

Daha sonra D.Tramp administrasiyadakı vəzifələrə təklif etdiyi namizədlərin seçilməsinə demokratların çətinlik yaratması barədə danışıb: "Hər bir namizədlik uzun proses keçir, bu günlər və günlər alır. Məsələn, Maykl Peki iki ildir Yayım Şurasının rəhbəri təsdiq edilir, bu bizə "Amerikanın Səsi"ni idarə etməkdə çətinlik yaradır".

D.Tramp əlavə edib: "Lakin bizdə ölkəmizi sevən istedadlı insanlar var. Mən istəyirəm ki, onların təyinatı təsdiq edilsin".

Geri qayıt