Əsas Səhifə > Dünya > ABŞ Rusiyanın peyk əleyhinə silahı sınaqdan keçirdiyini iddia edir

ABŞ Rusiyanın peyk əleyhinə silahı sınaqdan keçirdiyini iddia edir


16-04-2020, 09:00
ABŞ Rusiyanın peyk əleyhinə silahı sınaqdan keçirdiyini iddia edir
ABŞ Kosmik Komandanlığı hesab edir ki, Rusiya kosmik məkanda istifadə olunan peyklərə qarşı yönəlmiş silahı sınaqdan keçirib.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə komandanlığın mətbuat xidmətindən bildirilib.

“ABŞ Kosmik Komandanlığı Rusiyanın 15 apreldə həyata keçirdiyi sınaqlardan xəbərdardır və vəziyyəti izləyir”-deyə, məlumatda vurğulanıb.

Qeyd olunub ki, Rusiya tərəfindən sınaqdan keçirilmiş silah aşağı Yer orbitindəki peykləri də məhv etməyə qadirdir.

Geri qayıt