Əsas Səhifə > Dünya > Tramp: “Ölkədə COVID-19-dan 65 minə qədər insan ölə bilər”
Tramp: “Ölkədə COVID-19-dan 65 minə qədər insan ölə bilər”18-04-2020, 10:15 |
“Hökumətin hesablamalarına görə, koronavirusdan 60-65 minə qədər insan ölə bilər”. “Report” xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib. “Düşünürəm ki, indi 60-65 min arası ölüm gözləyirik”, deyə Tramp bildirib. Bundan əvvəl Ağ Evin koronavirusun yayılmasına qarşı mübarizə üzrə koordinatoru Debora Birks bildirib ki, ABŞ-da pandemiya səbəbindən 200 minədək insan ölə bilər. Xatırladaq ki, ABŞ-da COVID-19 infeksiyasına yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 692 169 nəfərə çatıb. Koronavirus daşıyıcısı olan 36 721 nəfər dünyasını dəyişib. Geri qayıt |