Əsas Səhifə > Dünya > Dünyada koronavirusa yoluxanların sayı 2,4 milyonu keçdi
Dünyada koronavirusa yoluxanların sayı 2,4 milyonu keçdi20-04-2020, 08:19 |
Dünyada koronavirusdan 617 013 nəfər sağalıb, 165 058 nəfər isə virusdan ölüb. “Report” xəbər verir ki, indiyədək 2 403 380 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 54 225-nin vəziyyəti ağırdır. Ən çox yoluxma və ölüm halları ABŞ (762 896 - yoluxma, 40 495 - ölüm), İspaniya (198 674 – yoluxma, 21 238 - ölüm) və İtaliyada (178 972 – yoluxma, 23 660 - ölüm) qeydə alınıb. Azərbaycanla sərhəd ölkə olan Türkiyədə 86 306 nəfər yoluxub, 2 017 nəfər ölüb. İranda isə 82 211 nəfər virus daşıyıcısıdır. Son məlumata görə, bu ölkədə 5 118 ölkə vətəndaşı pandemiyanın qurbanı olub. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Geri qayıt |