Əsas Səhifə > Dünya > Yeni dərman koronavirusun müalicəsində istifadə edilə bilər

Yeni dərman koronavirusun müalicəsində istifadə edilə bilər


5-05-2020, 08:36
Yeni dərman koronavirusun müalicəsində istifadə edilə bilər
Remdesivir preparatı potensial olaraq COVID-19-a qarşı istifadə oluna bilər, amma sübutlar hələ kifayət deyil.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə vəziyyətlər sahəsi üzrə proqram direktoru Maykl Rayan Cenevrədə keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, remdesivir preparatı Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünyada xəstəxanalarda təşkil edilmiş "həmrəylik testlərində" iştirak edir.

Proqram çərçivəsində həkimlər dörd dərmanı və COVID-19-un qarışıq müalicə üsulunu onlardan hansının ən effektiv olduğunu müəyyənləşdirmək üçün testdən keçirirlər.

"Randomizə edilmiş nəzarət testlərinə əsasən bu dərmanın potensial istifadəsinə ümid var", - Rayan deyib.

Onun sözlərinə görə, ÜST bu dərmanın nə qədər əlçatan olması və özünü effektiv göstərməsini ABŞ-la ətraflı məlumatlar əsasında müəyyənləşdirəcək.

Koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Geri qayıt