Əsas Səhifə > Dünya > Dünyada koronavirusa yoluxanların sayı 3,8 milyonu ötdü

Dünyada koronavirusa yoluxanların sayı 3,8 milyonu ötdü


7-05-2020, 08:23
Dünyada koronavirusa yoluxanların sayı 3,8 milyonu ötdü
Dünyada koronavirus qurbanlarının sayı 263 086 nəfərə çatıb.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Bildirilir ki, virusa yoluxan 1 285 591 nəfər sağalıb.

Məlumata görə, dünyada koronavirusa yoluxanların ümumi sayı 3,8 milyonu ötüb. COVID-19-a ən çox yoluxma ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda koronavirusa 1 252 584 nəfər yoluxub. Bu ölkəni 253,7 min yoluxma ilə İspanya, 214,4 min yoluxma ilə İtaliya, 201,1 min COVID-19 xəstəsi ilə Britaniya, 174,1 min yoluxma ilə Fransa, 167,5 min yoluxma ilə Almaniya, 165,9 min virus xəstəsi ilə Rusiya, 131,7 min yoluxma ilə Türkiyə izləyir.

Kanada, Hindistan, Peru, Belçika, Niderland, Səudiyyə Ərəbistanı və digər ölkələrdə də koronavirusa yoluxma artır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Geri qayıt