Əsas Səhifə > Dünya > ABŞ venesuelalılara humanitar yardım üçün 200 milyon dollardan çox pul ayırır
ABŞ venesuelalılara humanitar yardım üçün 200 milyon dollardan çox pul ayırır21-05-2020, 08:24 |
ABŞ hökuməti venesuelalılara humanitar yardım üçün əlavə 200 milyon dollardan çox vəsaitin ayrılmasına qərar verib. APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeonun açıqlamasında deyilir. “Əlavə yardım kimi 200 milyon dollardan çox vəsait və eləcə də humanitar yardıma ehtiyacı olan venesuelalılara 138 milyon dollardan çox vəsait ayırırıq”, - deyə ölkənin xarici siyasət idarəsi rəhbərinin açıqlamasında qeyd olunub. Söhbət vətəndə qalan və həmçinin “bölgənin digər ölkələrinə qaçan” venesuelalılardan gedir. Geri qayıt |