Əsas Səhifə > Dünya > Vaşinqton meri iğtişaşlara görə komendant saatı tətbiq edib
Vaşinqton meri iğtişaşlara görə komendant saatı tətbiq edib1-06-2020, 08:27 |
ABŞ paytaxtının meri Müriel Bouzer afroamerikalı Corc Floydun Minneapolisdə (Minnesota ştatı) ölümü ilə bağlı yaranan iğtişaşlarla əlaqədar olaraq yerli vaxtla mayın 31-i saat 23:00-dan iyunun 1-i saat 06:00-a qədər komendant saatı tətbiq edib. Trend-in məlumatına görə, bu barədə şəhər başçısı öz "Twitter" səhifəsində yazıb. M.Bouzer, həmçinin ABŞ Milli Qvardiyasının qoşunlarının yerli polisə dəstək verəcəyini bildirib: "Mer Brozer 31 may, bazar günü, saat 23:00-dan 1 iyun, bazar ertəsi, saat 6:00-a qədər Kolumbiyanın [paytaxt] dairəsində komendant saatı tətbiq edir". Geri qayıt |