Əsas Səhifə > Dünya > Dünyada koronavirusa yoluxanların sayı 6,4 milyonu ötdü
Dünyada koronavirusa yoluxanların sayı 6,4 milyonu ötdü3-06-2020, 08:19 |
Dünyada koronavirusdan sağalanların sayı 3 milyona yaxınlaşır. Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir. Qeyd edilir ki, COVID-19-a yoluxanların sayı 6 milyon 440 minə çatır. Dünyada koronavirusdan ölənlərin sayı 380 mini ötüb. Son sutka ərzində ABŞ (1 milyon 869 min yoluxma, 107 min ölüm) da daxil olmaqla, bir sıra ölkələrdə təhlükəli virusa yoluxanların və ölənlərin sayı artıb. Braziliyada koronavirusa yoluxanların sayı 531 min 768 nəfərə çatıb. Bu ölkədə 30 152 nəfər pandemiyanın qurbanı olub, virusa yoluxmuş 211 080 nəfər sağalıb. Rusiyada COVID-19-a yoluxma halları 423 741-ə, ölüm halları 5 037-ə yüksəlib, 186 985 nəfər sağalıb. İspaniyada koronavirusa ümumilikdə 287 012 yoluxma qeydə alınıb. Son iki gündür ölkədə COVID-19-dan ölüm qeydə alınmır. Bununla yanaşı, İspaniya pandemiyaya 27 012 qurban verib. Qeyd edilir ki, İtaliyada pandemiya qurbanlarının sayı 33 530-a, Fransada 28 940-a, Britaniyada 39 369-a yüksəlib. Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Geri qayıt |