Əsas Səhifə > Dünya > ABŞ Venesuelaya qarşı sanksiyalar siyahısını genişləndirdi
ABŞ Venesuelaya qarşı sanksiyalar siyahısını genişləndirdi19-06-2020, 09:02 |
ABŞ Venesuela hakimiyyətinə qarşı sanksiyaları genişləndirərək, siyahıya bu ölkənin üç vətəndaşının, səkkiz şirkətinin və iki neft tankerinin adlarını əlavə edib. “Report” xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin xəbərində deyilir. Eyni zamanda siyahıdan iki tanker və iki şirkətin adları çıxarılıb. ABŞ 2019-cu ilin yanvarından Nikolas Maduronu ölkə prezidenti kimi tanımır. Birləşmiş Ştatlar Venesuela müxalifətinin özünü prezident elan etmiş lideri Xuan Quaydonu müvəqqəti dövlət başçısı hesab edir. Geri qayıt |