Əsas Səhifə > Dünya > Koronavirusun ilk yarandığı yer müəyyənləşdirildi
Koronavirusun ilk yarandığı yer müəyyənləşdirildi27-06-2020, 08:35 |
SARS-CoV-2 koronavirusu hələ 2019-cu ilin martında Barselonanın yağış sularında mövcud olub. “Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Barselona Universitetinin tədqiqatçılar qrupu bildirib. "Araşdırma nəticələri infeksiyanın dünyada ilk COVID-19-ə yoluxma hadisəsi haqqında bilinəndən daha erkən olduğunu göstərir”, - deyə universitetin saytındakı məlumatda qeyd edilir. Tədqiqat İspaniyanın virusun məzmununu müəyyənləşdirmək və vaxtında tədbirlər görmək çirkab suyun öyrənilməsi layihəsi çərçivəsində aparılır. Barselona mütəxəssisləri müxtəlif dövrlər üçün suların tərkibini araşdırıblar. Bu halda SARS-CoV-2 genlərinin konsentrasiyası səviyyəsində əhali arasında COVID-19-a yoluxma halları dəyişikliklə aydın şəkildə uyğun gəlirdi", - deyə universitetin Biologiya fakultəsinin professoru, Virusologiya Birliyinin prezidenti Albert Bosk vurğulayıb. Aşkar edilib ki, virus artıq 15 yanvarda sularda mövcud olub. Hərçənd koronavirusa yoluxma sonradan elan edilib. Digər tapıntı 2019-cu ilin martı ərzində virusun sularda tapılması ilə bağlıdır. "Barselonaya turizm və ya iş üçün çoxlu sayda insan gəlir və çox ehtimal ki, ki, dünyanın başqa yerlərində də oxşar vəziyyət var idi", - deyə İspaniyanın Virusologiya Birliyinin prezidenti Bosk qeyd edib. Qeyd edək ki, Çin ötən ilin dekabrında Ümumdünya Səhiyyə Təşkilatına koronavirus infeksiyası barədə bildirib. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Geri qayıt |