Əsas Səhifə > Dünya > ABŞ koronavirus vaksininin istehsalına başladı
ABŞ koronavirus vaksininin istehsalına başladı14-07-2020, 08:22 |
ABŞ-ın dərman istehsalçıları yayın sonuna kimi yeni koronavirus vaksinin buraxılışına başlamağı nəzərdə tuturlar. “Report” xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp administrasiyasındakı mənbəyə istinadən CNBC telekanalı bildirib. Telekanalın məlumatına görə, ABŞ-ın 2021-ci ilin başlanğıcında preparatın 300 milyon dozasını istehsal edəcəyi gözlənilir. "Bəs nə vaxt vaksin materialları istehsal etməyə başlayacaqlar? Ehtimal ki, 4-6 həftə ərzində", - mənbə telekanala deyib. Bununla yanaşı o qeyd edib ki, vaksinlərin istehsalı prosesi artıq başlayıb. Lakin mümkün vaksinlərdən məhz hansı hansının effektiv olacağı və ümumiyyətlə həmin dövrdə təsirli vasitə yaratmağın mümkün olub-olmayacağı hələ məlum deyil. Geri qayıt |