Əsas Səhifə > Dünya > Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi İran üzərindən uçuşların təhlükəli olması barədə xəbərdarlıq edib

Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi İran üzərindən uçuşların təhlükəli olması barədə xəbərdarlıq edib


17-07-2020, 08:27
Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi İran üzərindən uçuşların təhlükəli olması barədə xəbərdarlıq edib
Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi İranın hava hücumundan müdafiə sistemlərini aktivləşməsi səbəbindən mülki təyyarələrin bu ölkənin hava məkanından uçuşlarının təhlükəli olması ilə bağlı xəbərdarlıq edib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə agentliyin saytında yerləşdirilən məlumatda bildirilib.

Qeyd edilib ki, İran mülki aviasiya orqanları ilə hərbi komandanlıq arasında qarşılıqlı koordinasiyanın zəif olması səbəbindən təyyarənin düşmən obyekti kimi qəbul edilmə ehtimalı var.
Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin xəbərdarlıq xarakterli tövsiyəsinin 16 yanvar 2021-ci ilədək qüvvədə olacağı bildirilib.

Məlumatda, həmçinin, bu ilin yanvar ayının 8-də Ukrayna Beynəlxalq Hava Yollarına məxsus “Boeing 737” sərnişin təyyarəsinin İran hava hücumundan müdafiə sistemi tərəfindən Tehranın yaxınlığında təsadüfən vurulması nümunə kimi xatırladılıb.

Geri qayıt