Əsas Səhifə > Dünya > Boeing 777X təyyarələrinin istehsalı gələn ilə qədər dayandırıla bilər

Boeing 777X təyyarələrinin istehsalı gələn ilə qədər dayandırıla bilər


25-07-2020, 08:49
Boeing 777X təyyarələrinin istehsalı gələn ilə qədər dayandırıla bilər
Boeing amerikan aerokosmik şirkəti geniş gövdəli Boeing 777X təyyarələrinin təchizatını bir neçə aydan ilə qədər təxirə sala bilər.

Trend-in məlumatına görə, təxirə salınma hava səyahətlərini kəskin şəkildə azaldan koronavirus pandemiyası səbəbindən təyyarələrə tələbatın azalması ilə əlaqədardır. Boeing şirkəti dəqiq qərarını növbəti rüb üçün maliyyə hesabatı ilə birlikdə gələn həftə rəsmi olaraq elan etməyi planlaşdırır.

Korporasiya 777X-nin iki mühərriklə təchiz olunan yanacaq nöqteyi nəzərdən ən sərfəli ən iri gövdəli təyarə olduğunu bildirir - bu təyyarənin bir modelinin uzunluğu 77 metr olacaq və təyyarə 426 sərnişini daşımaq üçün hazırlanıb.

Geri qayıt