Əsas Səhifə > Dünya > ABŞ Konqresi Trampı ölkədə pandemiyanın vəziyyətini ağırlaşdırdığına görə qınayıb
ABŞ Konqresi Trampı ölkədə pandemiyanın vəziyyətini ağırlaşdırdığına görə qınayıb27-07-2020, 08:20 |
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi iyulun 26-da prezident Donald Trampı pandemiya ilə mübarizəyə yanaşmasına görə tənqid edib. APA-nın TASS-a istinadən verdiyi məlumata görə, Pelosi bu barədə CBS telekanalının efirində bildirib. O, Trampın pandemiyanın ilk günlərindən vəziyyəti daha da ağırlaşdırdığını deyib. Spiker ABŞ liderinə yeni ləqəb verməyi təklif edib: “Onun üçün yeni bir ad irəli sürə bilərəm – “Vəziyyəti daha da pisləşdirən cənab””. Qeyd edək ki, Cons Hopkins Universitetinin son məlumatına görə, ABŞ-da 4,99 milyondan çox koronavirusa yoluxma qeydə alınıb, 146 mindən çox insan ölüb. Geri qayıt |