Əsas Səhifə > Dünya > Tramp koronavirus vaksinini başqa ölkələrlə bölüşməyə söz verdi
Tramp koronavirus vaksinini başqa ölkələrlə bölüşməyə söz verdi28-07-2020, 07:57 |
ABŞ koronavirusa qarşı vaksini başqa ölkələrlə bölüşməyə hazırdır. “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib. "Belə şey əvvəllər heç vaxt hazırlanmayıb. Biz kütləvi vaksin kimi istifadəyə namizəd olan preparatları daha tez istehsal edirik ki, o, bəyənilməsinin ilk günü amerikalılara dərhal əlçatan olsun. Ehtimal ki, bizdə vaksinlər bütün dünyada insanlara paylaşılması üçün çox olacaq", - Şimal Karolinada çıxış edən Tramp deyib. O xatırladıb ki, ABŞ artıq yüz milyon tonlarla vaksinin idxalı haqqında ən perspektivli istehsalçılarla razılaşıb. "Biz vaksinlərin çox sürətli çatdırılması üçün nəhəng istehsal səfərbərliyini qaydaya salırıq", - Tramp deyib. ABŞ dünyada koronavirusdan ən çox əziyyət çəkən ölkədir. Birləşmiş Ştatlarda virusa 4,2 milyondan çox yoluxma qeydə alınıb, 147 mindən çox insan ölüb. Geri qayıt |