Əsas Səhifə > Dünya > FED uçot faiz dərəcəsini dəyişməz saxlayıb

FED uçot faiz dərəcəsini dəyişməz saxlayıb


30-07-2020, 08:46
FED uçot faiz dərəcəsini dəyişməz saxlayıb
ABŞ-ın mərkəzi bankı rolu oynayan Federal Ehtiyat Sistemi (FED), bazarlarda gözlənildiyi kimi, uçot dərəcəsini illik 0-0,25% səviyyəsində saxlayıb.

APA xəbər verir ki, bu barədə qurum rəhbərliyinin çərşənbə günü keçirilən iclasın nəticələri barədə yaydığı məlumatda deyilir.

“Davam edən ictimai səhiyyə böhranı, yaxın perspektivdə iqtisadi fəallığa, məşğulluq və inflyasiyaya əhəmiyyətli dərəcədə təsir göstərəcək və orta müddətdə iqtisadi perspektiv üçün mühüm risklər yaradacaq. Bu hadisələrin fonunda komitə federal fondların faiz dərəcəsini illik olaraq 0-0,25% səviyyəsində saxlamağa qərar verib”, deyə məlumatda qeyd olunur.

Federal Açıq Bazar Komitəsi (FOMC, FED rəhbərliyi) iqtisadiyyatın pandemiyanın təsirindən azad olunmasına, maksimum məşğulluq və qiymət sabitliyi əldə edilənə qədər bu faiz dərəcəsini davam etdirməyi düşünür.

Geri qayıt