Əsas Səhifə > Dünya > ABŞ Avropa və Sakit Okean bölgəsində hərbçilərinin sayını artırır
ABŞ Avropa və Sakit Okean bölgəsində hərbçilərinin sayını artırır12-03-2021, 08:18 |
Pentaqon ABŞ ordusunun əməliyyat-taktiki bölmələrindən birini Avropada, ikisini isə Asiya-Sakit Okean bölgəsində yerləşdirməyi planlaşdırır. “Report”un məlumatına görə, bunu ABŞ-ın Quru Qoşunlar Baş Qərargah rəisi, general Ceyms Makkonvill bildirib. Bu bölmələrin hələ formalaşma mərhələsində olduğunu deyən general hərbçilərin harada yerləşdiriləcəyi ilə bağlı sualı cavabsız qoyub. Onun sözlərinə görə, bu cür birləşmələr, ehtimal ki, hipersəsli raketlərdən orta mənzilli raketlərə qədər uzun mənzilli dəqiq silahlara sahib olacaq. Hərbçiləri eyni zamanda lazımi kəşfiyyat vasitələri, habelə raket əleyhinə müdafiə vasitələri ilə təchiz ediləcəklər. Geri qayıt |