Əsas Səhifə > Dünya > Rusiyanın düşüncəsi budur: Dayanmamaq, sona qədər...
Rusiyanın düşüncəsi budur: Dayanmamaq, sona qədər...23-04-2021, 08:14 |
Amerikalı strateji tədqiqatlar üzrə professor Uliyam Van Kliv də ABŞ Prezidenti Co Baydenə Rusiya ilə bağlı nəyi məsləhət verəcəyini dəqiq bilmirdi. Ancaq Moskvadan nə gözləyəcəyini soruşanda, 13 il öncə olduğu kimi, belə cavab verərdi: Problemlər... Axar.az xəbər verir ki, bunu Çexiyanın "Lidove Novi" nəşrində çex publisist və siyasi ekspert Roman Yox qeyd edib. "Ruslar problem yaratmağı sevirlər. Niyə? Çünki məqsədlərinə çatacaqlarını düşünürlər. Və hər kəsə bacardıqlarını sübut etmək istəyirlər. Bu baxımdan 2006-cı ildə Londonda Aleksandr Litvinenkonun zəhərlənməsi, 2008-ci ildə Gürcüstanın işğalı, 2014-cü ildən bu günə qədər Ukraynaya qarşı müharibə, 2018-ci ildə Salisburidə Sergey Skripalın zəhərlənməsini və bundan əvvəl 2014-cü ildə Çexiyadakı Vrbetikadaki silah-sursat anbarındakı partlayışı göstərmək olar. "Bunu edə bilərik və edəcəyik. Siz bizi dayandıra bilməyəcəksiniz. Siz də dayanmayacağımızı bilirsiniz və bildiyimizi də bildiyinizi bilirik", - bu rusların zehniyyətidir. Ruslar belə hörmət qazandıqlarını düşünürlər", - R.Yox vurğulayıb. Geri qayıt |