Əsas Səhifə > Dünya > ABŞ-la Belarus arasında "buz dövrü" başladı

ABŞ-la Belarus arasında "buz dövrü" başladı


3-05-2021, 08:09
ABŞ-la Belarus arasında "buz dövrü" başladı
Belarus-ABŞ münasibətləri köklü şəkildə korlanıb, artıq "buz dövrü" başlayır. Münasibətlərin normallaşması prosesinin başlanacağına ümid etmək üçün heç bir əsas yoxdur.

Axar.az xəbər verir ki, bu barədə Belarusun "Belarusskiye novosti" şərh dərc edib.

"Son dəfə dünyada buna bənzər münasibətlər Birləşmiş Ştatlarla Kubanın arasında ötən əsrin altmışcı illərində müşahidə olunub. Hazırda isə baş verənlərin fonunda ölkələrin diplomatik münasibətlərin pozulması heç də mümkünsüz kimi görünmür", - materialda bildirilir.

Məqalədə qeyd olunur ki, zaman keçdikcə Lukaşenonun "sui-qəsd işi"nin ətrafında yaradılan qalmaqal bağlansa belə, ikitərəfli münasibətlərdə nəzərəçarpacaq dərəcədə istiləşməyə ümid etməyə dəyməz. Bundan sonra Rusiya ilə inteqrasiyanın dərinləşməsinin məcburi prosesini davam etdirmək lazım gələcək, bu da qaçılmaz olaraq Belarusun suverenliyinə daha böyük təhdidlərin yaranmasına gətirib çıxaracaq.


Geri qayıt