Əsas Səhifə > Dünya > Millətlər Birliyinə üzv ölkələrin hökumət başçılarının toplantısı növbəti dəfə təxirə salınıb
Millətlər Birliyinə üzv ölkələrin hökumət başçılarının toplantısı növbəti dəfə təxirə salınıb8-05-2021, 08:22 |
“Bu ilin iyun ayında Ruandanın paytaxtı Kiqalidə keçirilməsi planlaşdırılan Millətlər Birliyinə üzv ölkələrin baş nazirlərinin toplantısı pandemiya səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb”. APA xəbər verir ki, bu barədə Birliyin Katibliyi məlumat yayıb. “Toplantını ikinci dəfə təxirə salmaq qərarı asan olmadı. Birlik vətəndaşlarının sağlamlığı və rifahı bu çətin dövrdə prioritetdir. Bütün Birlik ailəsini əlverişli bir zamanda Kiqalidə qarşılamağı səbirsizliklə gözləyirik”, deyə təşkilatın Baş katibi Patrisia Scotland vurğulayıb. Qeyd edək ki, Millətlər Birliyi, əksəriyyəti əvvəllər keçmiş Britaniya İmperiyasının müstəmləkələri olan 54 ölkəni birləşdirən beynəlxalq bir təşkilatdır. Birlik ölkələrinin hökumət başçılarının görüşü iki ildən bir keçirilir. Təşkilatın son toplantısı 2018-ci ildə Londonda keçirilib. Geri qayıt |