Əsas Səhifə > Dünya > NATO Rusiya və Belarusa zərbəyə hazırlaşır

NATO Rusiya və Belarusa zərbəyə hazırlaşır


17-05-2021, 08:53
NATO Rusiya və Belarusa zərbəyə hazırlaşır
NATO-nun strateji bombardmançılarının nümayişkəranə uçuşları, böyük ehtimalla, Belarus və Rusiyaya zərbə variantlarını özündə ehtiva edir.

Axar.az xəbər verir ki, bu sözləri Belarus Baş Qərargahı rəhbərinin birinci müavini İqor Korol deyib.

O bildirib ki, ilin əvvəlindən qonşu ərazilərdə 9 belə uçuş həyata keçirilib:

“Bütün aviasiya arsenalı – strateji kəşfiyyat təyyarələrindən kəşfiyyat-zərbə pilotsuz uçuş aparatlarına kimi, hərəkətə keçib”.

İ.Korol əlavə edib ki, ABŞ və NATO ölkələri mümkün əməliyyatı hücum kimi deyil, böhranlı vəziyyətə müdaxilə kimi dəyərləndirir.


Geri qayıt